Xəbər lenti

Bayden Rusiyanın Ukraynaya hücum tarixini açıqladı: Savaş başlayır?
Dünya07:55 12.02.2022

Bayden Rusiyanın Ukraynaya hücum tarixini açıqladı: Savaş başlayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bayden NATO və Avropa Birliyinin daha sıx konsolidasiyasına nail olmaq üçün belə bir versiyanı ortaya atıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ Prezidenti Co Baydenin Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rumıniya liderləri, habelə NATO baş katibilə keçirdiyi videokonfransda Rusiyann Ukraynaya fevralın 16-da hücum edə biləcəyi ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib. Onun sözlərinə görə, Baydenin bu açıqlamasında iki məqsəd var:
"Baydenin bu açıqlamasında ABŞ-ın özünün geosiyasi niyyətləri var və onun səsləndirdiyi həmin fikirlər iki məqsəd daşıyır. Bir tərəfdən ABŞ bu cür Rusiya xofu yaratmaqla NATO və Avropa Birliyi ölkələrini bir yumruq altında konsolidasiya etmək istəyir. Qərb dünyasının birlikdə Moskvaya qarşı çıxması Rusiya üçün qorxuducu və çəkindirici məqamdır. Ona görə də ABŞ bu kimi informasiya, yaxud dezinformasiyalarla Tramp dönəmində parçalanmış Avroatlantik məkanı ölkələrini yenidən bir yerə toplamaq istəyir. Bunun da kökü Rusiya xofu üzərində qurulub”. 
Digər tərəfdən həmsöhbətimizə görə, ola bilsin, ABŞ müəyyən kəşfiyyat informasiyaları əldə edib: 
"Belarus-Ukrayna sərhədində Rusiya 30 minlik qoşunla hərbi təlimlərə başlayıb. Hansı ki, bu hərbi təlimlərin birbaşa Ukraynaya hərbi təcavüzə çevrilməsi ehtimalı da var. Vaşinqton bu amili də nəzərdən qaçırmır. O baxımdan düşünürəm ki, fevralın 16-da Rusiyanın Ukraynaya hücum edəcəyilə bağlı səslənən fikirlər təxminən bu yöndədir. Çünki indiki vəziyyətdə Rusiyanın Ukrayna ilə böyük müharibəyə cəlb olunması o qədər də ağlabatan görünmür".
Rüfət Sultan