ABŞ prezidenti Co Bayden bildirib oktyabrın 1-də baş verə biləcək ABŞ hökumətinin fəaliyyətinin dayandırılmasının ("şatdaun”) qarşısını almağın yolunu bilmir. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolunun tapılması ehtimalı az da olsa, var.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" məlumat
yayıb.
"Əgər mən "şatdaun”un qarşısını almağın bir yolunu bilsəydim, bunu artıq edərdim", deyə ABŞ prezidenti bildirib.
Bayden həmçinin deyib ki, ABŞ hökumətinin fəaliyyətinin potensial dayandırılmasını qaçılmaz hesab etmir: "Mən siyasətdə heç nəyin qaçılmaz olduğunu düşünmürəm".
Qeyd edək ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti publik şəkildə Co Baydeni Birləşmiş Ştatlar hökumətinin gözlənilən "şatdaun”a müdaxilə etməyə çağırıb. Əgər maliyyə ilinin sonuna (30 sentyabr) qədər növbəti ilin büdcəsi formalaşmasa və ya qısamüddətli maliyyələşdirmə layihəsi qəbul edilməsə, o zaman ABŞ hökumətinin işi dayana bilər.
Nizami Bağırov