Xəbər lenti

Bayden seçkilərdə gələcək iştirak haqqında danışdı: “Mən yalnız…”
Dünya 11:06 16.07.2024

Bayden seçkilərdə gələcək iştirak haqqında danışdı: “Mən yalnız…”

ABŞ prezidenti Co Bayden bir daha 2024-cü il seçkilərində iştirakını dayandırmayacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "NBC News"a müsahibəsində bildirib.

81 yaşlı Bayden yaşı ilə bağlı şərhləri "ədalətli" adlandırıb, lakin onun rəqibi Donald Trampdan cəmi üç yaş böyük olduğunu qeyd edib.

"İkincisi, mənim əqli qabiliyyətim çox yaxşıdır. Mən 3,5 il ərzində hər hansı prezidentin uzun və xeyli müddət ərzində etdiyindən daha çox işlər görmüşəm. Buna görə mühakimə olunmağa da hazıram", - o deyib.

O, demokrat seçicilərin praymeriz zamanı onu öz namizədi kimi seçdiyini bildirib.

"Mən onlara qulaq asıram", - Bayden deyib.

Aparıcının seçkiyə girmək və ya seçkidən çıxmaq kimi məsələlərdə kiminlə məsləhətləşdiyi sualına Bayden belə cavab verib: "Özümlə. Mən bunu çoxdan edirəm".

O, Trampa uduzmayacağına da əmin olduğunu bildirib.

"Baxın, biz onun namizədliyini elan etdiyi andan etibarən bunun amansız bir yarış olacağını bilirdik. Səsvermə məlumatları çox fərqli şeyləri göstərir, lakin aramızda böyük bir fərq yoxdur. Bu, əslində qələbəyə bərabər şanslarla bir yarışdır", - o əlavə edib.

KİV-in məlumatına görə, ABŞ Demokrat Partiyasına ayrı-ayrı əsas donorlar təxminən 90 milyon dollar məbləğində ianələrini dondurmaq qərarına gəliblər, Co Bayden isə prezident seçkilərindən namizədliyini geri götürməkdən imtina edib.

ABŞ prezidentinin ətrafındakı bəzi müşavirlər  onu yarışdan çəkilməyə necə inandırmağı müzakirə edirlər. Eyni zamanda, o özü yaşı və sağlamlığı ilə bağlı fərziyyələri rədd edir.

Baydenin ikinci müddətə namizəd olmasının məqsədəuyğunluğuna dair şübhələr onun CNN-də Donald Trampla teledebatından sonra artmağa başlayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->