ABŞ prezidenti Co Bayden Çin lideri Si Szinpinə Moskvaya səfərindən sonra Putinlə "ehtiyatlı olmağı” tövsiyə edib, çünki Pekin Qərb sərmayəsinə arxalanır.
Qaynarinfo xəbər verir ki, bu barədə Baydenin CNN-ə müsahibəsindən çıxarışlara istinadən "Reuters"
yazıb.
Onun sözlərinə görə, bu xəbərdarlıqlar hədə hesab edilməməlidir.
"Mən dedim ki, bu, təhdid deyil. Bu müşahidədir. Rusiya Ukraynanı işğal edəndən bəri 600 Amerika korporasiyası Ukraynanı tərk edib. Siz isə mənə dediniz ki, iqtisadiyyatınız Avropa və ABŞ-dan gələn investisiyalardan asılıdır. Demək ki, diqqətli olun. Diqqətli olun", deyə Bayden bildirib.
Sinin cavabının nə olduğu sualına ABŞ lideri belə cavab verib: "O, qulaq asdı və mübahisə etmədi. Və fikir versəniz, müdaxilə etmədi".
Bildiyiniz kimi, mart ayında Putin və Si Szinpin iki gün ərzində Çin və Rusiya arasında səmimi dostluq sözləri və Qərbin ümumi tənqidi üzərində söhbət ediblər. Onlar bu həftənin əvvəlində virtual sammitdə də iştirak ediblər.
Rusiya ordusunun Ukraynaya daxil olması məsələsində Çinin mövqeyi birmənalı deyil. Pekin Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdır, lakin eyni zamanda, guya neytrallığa sadiqdir.
Eyni zamanda "The New York Times” yazır ki, Çin lideri Si Szinpin "Vaqner” lideri Yevgeni Priqojinin üsyanından sonra Rusiya lideri Vladimir Putinlə əməkdaşlığın nə qədər qeyri-sabit olduğunu görüb. Bu vəziyyət Sinin hakimiyyətinə mənfi təsir edir və onu ABŞ və Avropa ilə münasibətləri yaxşılaşdırmağa məcbur edir.
Alpər