ABŞ və müttəfiqləri iki səbəbdən Ukraynanı tələb etdikləri bütün silah növləri ilə təmin edə bilmirlər, lakin Ukrayna döyüş meydanında uğur qazanmaq üçün lazım olan hər şeyi əldə edir.
Qaynarinfo Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə konfransa istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
"Niyə biz Ukraynaya onların verilməsini istədikləri hər şeyi vermirik? İki səbəbə görə. Ukraynanı dəstəkləmək üçün kritik əhəmiyyət kəsb edən bütöv bir Alyans var. Və əgər biz Ukraynaya kökündən fərqli bir şey versək, bu, NATO, Aİ və bütün dünyada parçalanmaya gətirib çıxarır”, - deyə Bayden bildirib.
ABŞ prezidentinin sözlərinə görə, ikinci səbəb odur ki, ABŞ-ın avropalı müttəfiqləri, Avropa dövlətlərinin rəhbərləri Rusiya ilə müharibəyə, Üçüncü dünya müharibəsinə başlamaq istəmirlər.
"Müharibənin sonu Ukraynanın döyüş meydanında qalib gəlməsi ilə əldə edilə bilər. Biz Ukraynaya döyüş meydanında uğur qazanmaq üçün lazım olanı verəcəyik", - Bayden əlavə edib.
Nizami Bağırov