Xəbər lenti

Bayden telefon danışığında Zelenskiyə söz verdi
Dünya05:57 11.10.2022

Bayden telefon danışığında Zelenskiyə söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında Kiyevi müasir hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib. 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Prezident Bayden Ukraynaya özünü müdafiə etmək üçün lazım olan dəstəyi, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemlərini təqdim etməyə davam edəcəyinə söz verib”, - bəyanatda deyilir. Bundan əlavə, Bayden müttəfiqləri və tərəfdaşları ilə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar məsələsində davam edən işi qeyd edib və Ukraynanı təhlükəsizlik sahəsində dəstəkləyəcək, habelə ona iqtisadi və humanitar yardım göstərəcəyinə söz verib.
Xatırladaq ki, Bayden bir müddət əvvəl ABŞ-ın Rusiyanın Ukraynaya raket zərbələrini pislədiyini və Ukraynanı "lazım olan qədər” dəstəkləməyə hazır olduğunu bildirmişdi.
Alpər