Xəbər lenti

Bayden - Tramp debatı amerikalıların seçiminə necə təsir etdi? - CNN
Dünya 12:27 28.06.2024

Bayden - Tramp debatı amerikalıların seçiminə necə təsir etdi? - CNN

10 amerikalı seçicidən təxminən 8-i bildirib ki, ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp arasında teledebatlar onların seçiminə az təsir edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN-nin sorğusunun nəticələrindən görünür.

Belə ki, amerikalıların 81%-i prezident seçimində debatların onlara kömək etmədiyini bildirib. Digər 14% seçici bildirib ki, bu, onların namizədlər haqqında bəzi şeyləri yenidən düşünməyə vadar edib, lakin seçimlərini dəyişdirməyib, seçicilərin 5% isə debatın onların prezident seçiminə kəskin şəkildə təsir etdiyini söyləyib.
Hazırkı Amerika lideri Co Bayden və onun rəqibi Donald Tramp arasında gedən debatdan sonra tamaşaçıların 67%-i respublikaçının hazırkı prezidenti üstələdiyini bildirib. 33% demokrat Baydenin daha yaxşı çıxış etdiyini düşünür.

Üstəlik, debatdan əvvəl seçicilərin 55%-i Trampın rəqibindən, 45%-i isə Baydenin daha yaxşı çıxış edəcəyini gözləyirmiş.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->