Xəbər lenti

Bayden Ukrayna və İsrailə yardımı "yaxşı dividendlər" gətirəcək "ağıllı investisiya" adlandırdı
Dünya06:07 20.10.2023

Bayden Ukrayna və İsrailə yardımı "yaxşı dividendlər" gətirəcək "ağıllı investisiya" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden Ukraynadakı vəziyyət və İsraildəki münaqişə ilə bağlı xalqa müraciət edib.
Qaynarinfo xəbər verir ki, o, Amerikanın milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün Konqresə təcili büdcə sorğusu göndərəcəyini söyləyib. Bayden Kiyev və Tel-Əvivə yardıma toxunaraq, "Bu, nəsillər boyu Amerikanın təhlükəsizliyinə dividendlər gətirəcək ağıllı bir investisiyadır" deyib. Eyni zamanda, Ağ Evin rəhbəri konkret məbləği açıqlamayıb.
Bu arada, Reuters xəbər verir ki, o, 100 milyard dollardan çox tələb etmək niyyətindədir, Ukraynaya yeni yardım paketinin yarısı isə ABŞ-ın özünün arsenalını doldurmağa yönəldiləcək. 60 milyard dolların Ukraynaya, 14 milyard dolların İsrailə, bir o qədər də ABŞ-ın özünün sərhədlərinin qorunmasına, 10 milyard dolların humanitar aksiyalara, 7 milyard dolların isə Hind-Sakit okean regionuna yönəldiləcəyi dəqiqləşdirilib.
"HƏMAS və Putin fərqli təhlükələr yaradır. Ancaq onların ortaq cəhətləri var. Onlar qonşu demokratiyalarını tamamilə məhv etmək istəyirlər”, - AP-nin məlumatına görə, Amerika lideri bildirib.
Alpər