Xəbər lenti

Bayden Ukraynanı kaset sursatları ilə təmin etməyi düşünür - CNN
Dünya07:07 08.12.2022

Bayden Ukraynanı kaset sursatları ilə təmin etməyi düşünür - CNN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ABŞ-dan kaset sursatları verməsini istəyib. 
Qaynarinfo CNN-in xəbərinə istinadən məlumat verir ki, Bayden administrasiyasının yüksək səviyyəli rəsmiləri bu tələbi bir neçə ay nəzərdən keçirdilər və əvvəllər bildirilməsə də, qəti şəkildə rədd etməyiblər.
Ehtimal olunur ki, qərb anbarlarında sursat ehtiyatları tükəndikdə kaset sursatları təmin edilə biləcək.
Nəşr qeyd edir ki, kasetli sursatlar Ukrayna üçün iki əsas problemi - ABŞ və digər ölkələr tərəfindən verilən artilleriya və raket sistemləri üçün daha çox sursata tələbat və Rusiyanın artilleriya sahəsində say üstünlüyünü azaltmaq məsələsini həll edə bilər.
Eyni zamanda, nəşrin mənbələrinə görə, Konqresin ABŞ-ın kaset sursatlarının ötürülməsi imkanlarına qoyduğu qanunvericilik məhdudiyyətləri səbəbindən bu təklif hələ də ciddi şəkildə nəzərdən keçirilməyib. Prezident Co Bayden bu məhdudiyyətdən yan keçə bilərdi, lakin administrasiya ukraynalılara bunun tezliklə mümkün olmadığını bildirib.
"Ukraynanın müharibənin hazırkı və gələcək mərhələlərində irəliləyiş əldə etmək qabiliyyəti heç bir halda onların sözügedən döyüş sursatlarını əldə etməsindən asılı və ya onunla əlaqəli deyil", - konqresmenin köməkçisi CNN-ə deyib.
ABŞ DPICMs kimi tanınan təkmilləşdirilmiş ikili təyinatlı adi döyüş sursatlarını alternativ M30A1 döyüş başlığı ilə əvəz edib. M30A1-də 180.000 kiçik volfram polad parçası var ki, onlar zərbə zamanı parçalanır və yerdə heç bir partlamamış hərbi sursat buraxmır. Ukrayna rəsmiləri isə deyirlər ki, hazırda ABŞ-ın anbarında olan DPICM döyüş meydanında Ukrayna hərbçilərinə əhəmiyyətli dərəcədə kömək edə bilər - M30A1-dən daha çox.
 
Alpər