Xəbər lenti

Bayden Ukraynasız İsrailə yardım paketi ilə bağlı qanun layihəsinə veto qoyacaq - Ağ Ev
Dünya09:29 01.11.2023

Bayden Ukraynasız İsrailə yardım paketi ilə bağlı qanun layihəsinə veto qoyacaq - Ağ Ev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının respublikaçıları tərəfindən Ukraynaya maliyyə ayırmadan yalnız İsrailə yardım paketi nəzərdə tutulan qanun layihəsinə veto qoyacaq.
Qaynarinfo bu barədə "The Hill"ə istinadən xəbər verir.
Ağ Ev bildirib ki, dövlət başçısı Respublikaçılar Partiyasının nümayəndələrinin Təl-Əvivə yardım göstərilməsi, eyni zamanda Daxili Gəlirlər Xidmətinin (DGX) maliyyələşdirilməsinin azaldılması və digər milli təhlükəsizlik prioritetlərinə vəsait ayrılmasının aradan qaldırılması ilə bağlı bu cür təşəbbüsünü dəstəkləməyəcək. 
İdarəetmə və Büdcə İdarəsi Nümayəndələr Palatasının respublikaçılarının təklifini nəzərdən keçirib və belə nəticəyə gəlib ki, bu, "İsrailə dəstəyi partiyalara bölür" və Qəzza zolağına humanitar yardıma, Ukraynaya və Hind-Sakit okean region müttəfiqlərinə yardıma məhəl qoymayaraq zamanla uyğunlaşmır.  
"Bu qanun layihəsi İsrailə, Yaxın Şərq regionuna və öz milli təhlükəsizliyimizə zərərlidir", deyə İdarəetmə və Büdcə İdarəsindən bildirilib.
DGX bildirib ki, "Konqres İsrailə təhlükəsizlik yardımı göstərmək üçün ardıcıl və iki partiya şəkildə çalışıb və bu qanun layihəsi bu uzunmüddətli yanaşmanı lüzumsuz olaraq pozmaq təhlükəsi yaradır. Milli təhlükəsizliklə bağlı əlavə sənəddə İsrailə təhlükəsizlik yardımının digər prioritetlərdən ayrılması qlobal təsirləri olacaq".
İdarənin bəyanatında həmçinin deyilir ki, administrasiya Ağ Evin bu ayın əvvəlində irəli sürdüyü əlavə tələblə bağlı razılığa gəlmək üçün Konqresdəki qanunvericilərlə işləməyə davam edəcək.
Xatırladaq ki, oktyabrın 30-da ABŞ Nümayəndələr Palatasının yeni sədri Mayk Conson Ukraynaya maliyyə ayırmadan İsrailə 14,3 milyard dollarlıq yardım paketinin öz variantını təklif edib. Bu təşəbbüs ABŞ prezidenti Co Baydenin Konqresə 106 milyard dollar ayırması tələbi ilə rəqabət aparır. 
Ertəsi gün Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Konqresdə Ukraynaya maliyyə yardımı ayrılmadan İsrailə yardım paketi ilə bağlı qanun layihəsinə veto qoya bilər.
Nizami Bağırov