ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və sərhəd üçün maliyyə tələbini müzakirə etmək üçün Konqres liderlərini Ağ Evdə görüşə dəvət edib.
Qaynarinfo bu barədə "The New York Times”a istinadla xəbər
verir.
Məlumata görə, prezident və onun köməkçiləri xəbərdarlıq ediblər ki, maliyyə vəsaitinin təsdiq edilməməsi iki il əvvəl qoşunları Ukraynanı işğal edən Rusiya prezidenti Vladimir Putinin qələbəsi ilə nəticələnə bilər.
Jurnalistlərin Baydenin dəvətinin Ağ Evin respublikaçılara yeni bir şey təklif edə biləcəyinə işarə olub-olmaması ilə bağlı sualına Ağ Evin mətbuat katibi Karine Jean-Pierre danışıqların "davam etdiyini" söyləyib: "Biz hər şeyin yaxşı getdiyini düşünürük və ikitərəfli razılaşma görmək istəyirik..."
Bununla bağlı nəşr xatırladıb ki, həftə sonu Bayden sərhəd məsələsində güzəştə getməyə hazır olduğunu bildirib.
Ağ Evdəki görüş Bayden və Konqres liderləri arasında aylar ərzində ilk üz-üzə söhbət olacaq. Və prezidentin qanunvericilik və milli təhlükəsizlik üzrə köməkçiləri Milad tətilindən əvvəl Kapitoli təpəsində həmkarları ilə danışıqlar aparıblar.
Ağ Ev ABŞ-dakı miqrant böhranını həll etmək üçün hər iki partiyanın liderləri tərəfindən artan təzyiq altındadır.
Alpər