Xəbər lenti

Dünya 15:14 05.04.2023

Bayden və Makron Çini Ukraynada müharibəsinin həllinə cəlb etmək istəyirlər

Fransa prezidenti Emmanuel Makron Pekinə səfəri öncəsi amerikalı həmkarı Co Baydenlə telefon danışığı aparıb. Tərəflər Ukraynada müharibənin bitməsini sürətləndirməsi üçün Çini cəlb etməyə çalışacaqları barədə razılığa gəliblər.

Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir.

"İki ölkə liderləri Çini Ukraynada müharibənin başa çatmasının sürətləndirilməsinə cəlb etmək və regionda davamlı sülhün inkişafında iştirak etmək üçün birgə hazırlığını qeyd ediblər”, - media Makronun ofisinə istinadən yazıb.

Xüsusilə, Makron və Bayden Çinin Qlobal şimal və Qlobal cənub arasında həmrəylik səylərinə töhfə verə biləcəyinə və ümumi iqlim gündəmi yarada biləcəyinə ümid edirlər.

Xatırladaq ki, bu gündən cümə gününə kimi Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Çində səfərdə olacaq. Onlar Çin lideri Si Szinpinlə danışıqlar aparmaq niyyətindədir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->