Dünya 10:57 23.05.2023

Bayden və spiker Makkarti milli borcla bağlı razılığa gələ bilmədilər - Defolt olacaq?

Prezident Co Baydenlə ABŞ-ın milli borcunun tavanı ilə bağlı danışıqlar məhsuldar keçsə də, hələlik razılıq əldə olunmayıb. 

Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib.

"Bu gecənin tonu müzakirələrimizin hər hansı digər vaxtından daha yaxşı idi", - Makkarti görüşdən sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, o, Baydenlə "məhsuldar müzakirə aparıb”.

"Hələ ki, razılığa gələ bilməmişik”, - spiker deyib.

Eyni zamanda o, əlavə edib ki, onlar razılığa gələnə qədər ABŞ prezidenti ilə hər gün danışmağa hazırdır.

"İkimiz də razılaşırıq ki, razılığa gələ bilmək istəyirik, - Makkarti deyib. - İnanıram ki, biz bunu edə bilərik". Və əlavə edib ki, müdafiədə azalmaları olmayacaq.
Makkartihəmçinin bildirib ki, o, Nümayəndələr Palatasına milli borc tavanının artırılmasını "heç vaxt” təklif etməyəcək və onun fikrincə, qanunvericilərin federal xərclərin "istiqamətini dəyişdirməsinin” vaxtı çatıb.

ABŞ prezidenti də Makkarti ilə son görüşü "məhsuldar” adlandırıb.

Bayden Ağ Evin yaydığı bəyanatda deyib: "Mən spiker Makkarti ilə defoltun qarşısını almaq və iqtisadiyyatımız üçün fəlakətdən qaçmaq zərurəti ilə bağlı məhsuldar görüşü yenicə yekunlaşdırdım".

Onun sözlərinə görə, onlar razılaşıblar ki, "defolt istisna olunur”.

"Fərqlərə baxmayaraq, spiker və mən (...) irəliyə doğru yolları müzakirə etməyə davam edəcəyik", - Bayden deyib.

Alpər