Xəbər lenti

Bayden və Tramp debatda yaşlarını yarışdırdılar
Dünya 10:51 28.06.2024

Bayden və Tramp debatda yaşlarını yarışdırdılar

Cümə axşamı CNN-də prezidentliyə namizədlik debatları zamanı Ağ Evin hazırkı prezidenti Co Bayden və onun rəqibi Donald Tramp yaşları və səriştələri üzərində mübahisə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazıb.

Seçicilərin yaşı ilə bağlı narahatlıqları barədə suala cavab verən 81 yaşlı Bayden rəqibinin ondan cəmi bir neçə yaş kiçik olduğunu, "lakin daha az bacarıqlı" olduğunu qeyd edib.

"Əvvəla, mən karyeramın yarısını siyasətdə ən gənc insan olduğum üçün tənqid olunmaqla keçirdim... və indi mən ən yaşlıyam. Bu oğlan üç yaş kiçik və daha az bacarıqlıdır", - Bayden deyib.

O, seçiciləri "sadəcə özünün etdiklərinin keçmişinə baxmağa” çağırıb.

78 yaşlı Trampdan yaşı barədə soruşduqda qolfdakı uğurlarına işarə edərək, özünü yaxşı vəziyyətdə hiss etdiyini deyib.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->