Xəbər lenti

Bayden-Zelenski danışıqları saat yarım davam etdi: Bayden qəti söz verdi
Siyasət06:47 10.12.2021

Bayden-Zelenski danışıqları saat yarım davam etdi: Bayden qəti söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski ilə Co Bayden arasında danışıqlar başa çatıb. Onların danışığı təxminən saat yarım davam edib. Amerika lideri ukraynalı həmkarına Rusiya prezidenti Vladimir Putinlə danışıqları barədə məlumat verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın yaydığı məlumatda deyilir. 
Ukrayna prezidenti Baydenlə ABŞ-ın Donbass nizamlanmasında iştirak formatlarını müzakirə edib. Yermakın sözlərinə görə, söhbətdən belə çıxır ki, ABŞ sülh prosesinin fəal iştirakçısı olmaq qərarına gəlib. O qeyd edib ki, Vaşinqtona Təmas Qrupu çərçivəsində aparılan danışıqların məzmunu və Ukraynanın atəşkəs rejiminə qayıtması, keçid məntəqələrinin açılması və əsirlərin dəyişdirilməsi təşəbbüsləri barədə ətraflı məlumat verilib.
Bayden Zelenski ilə telefon danışığında deyib ki, Ukraynanın mümkün NATO üzvlüyü istisnasız olaraq Kiyev və alyans arasında olan məsələdir.
Ukrayna liderinin ofisinin rəhbərinin sözlərinə görə, Prezident Bayden Zelenskini Ukraynaya təcavüz olacağı təqdirdə Rusiya Federasiyasına qarşı sərt sanksiyalar tətbiq ediləcəyinə əmin edib.
"Bayden Putinə çox açıq deyib və Kremlin Ukrayna sərhədləri boyunca eskalasiyaya və Ukraynaya müdaxilə etməyə qərar verəcəyi təqdirdə bütün nəticələr barədə xəbərdarlıq edib.
Prezident Bayden çox aydın şəkildə bildirib ki, alyansa üzvlüklə bağlı istənilən qərar yalnız Ukraynadan asılıdır və yalnız Ukrayna bu məsələni təbii ki, alyans üzvləri ilə birlikdə həll etməlidir, - Yermak qeyd edib.
Zelenskinin ofisinin rəhbəri həmçinin bildirib ki, Ukrayna və ABŞ hazırda müxtəlif sahələrdə son dərəcə sıx əməkdaşlıq edir. Tərəflər Ukraynadakı islahatlar prosesini də müzakirə ediblər. Bundan əlavə, Zelenski "Şimal axını 2” qaz kəməri məsələsini də qaldırıb.
Alpər