Xəbər lenti

Baydendən gözlənilməz İraq səfəri
Dünya18:40 28.04.2016

Baydendən gözlənilməz İraq səfəri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın vitse-prezidenti Cozef Bayden gözlənilmədən İraqa səfər edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ evdən bildiriblər ki, C. Baydenin olduğu C-17 hərbi-nəqliyyat təyyarəsi yerli vaxtla saat 15:00-da Bağdada enib.
Aeroportda onu ABŞ-ın İraqdakı səfiri Stüart Cons və İŞİD-lə mübarizə koalisiya qüvvələrinin rəhbəri general-leytenant Şon Makfarland qarşılayıb. Səfərin əsas məqsədi İraq hökumətinə İŞİD-lə mübarizədə dəstək vermək, habelə siyasi böhranın aradan qaldırılmasında yardım göstərməkdir.
Ağ ev C. Baydenin səfər ərzində kimlərlə görüşlər keçirəcəyi barədə məlumat vermir.
Qaynarinfo.az