Xəbər lenti

Baydendən Polşada əlavə qüvvələrin yerləşdirilməsi ilə bağlı ciddi açıqlamalar - NBC
Dünya 13:04 28.06.2022

Baydendən Polşada əlavə qüvvələrin yerləşdirilməsi ilə bağlı ciddi açıqlamalar - NBC

ABŞ prezidenti Co Bayden əlavə qoşunların bir hissəsinin Polşada yerləşdirilməsi müddətini uzatmaq və kontingentin Baltikyanı ölkələrdə dislokasiyasını dəyişdirmək niyyətindədir.

Qaynarinfo NBC telekanalının iki keçmiş məmur və bir avropalı məmura istinadən məlumatına əsasən xəbər verir ki, o, bunu NATO sammitində elan edəcək.

Həmsöhbətlər bildiriblər ki, ABŞ regiona "daha da daimi əsasda” yeni qüvvələr yerləşdirə bilər.
 
Xüsusilə, bir neçə yüz əsgər Polşada düşündüyündən daha uzun müddət qala bilər.

Bundan əlavə, Bayden ABŞ qoşunlarının tərkibində Litva, Latviya və Estoniyaya təsir edəcək dəyişikliklər barədə məlumat verə bilər. Mənbələrin bildirdiyinə görə, oxşar açıqlama NATO müttəfiqləri tərəfindən də verilə bilər.

Bundan əlavə, ABŞ prezidenti çox güman ki, yaxın bir neçə ildə ABŞ-ın İspaniyadakı Rota Hərbi Dəniz Bazasındakı mövcudluğuna iki gəmi əlavə edəcəyini açıqlayacaq.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->