Xəbər lenti

Baydenin "güc tətbiqi" açıqlamasına İrandan cavab: "Yuxulu Bayden..."
Dünya07:16 15.07.2022

Baydenin "güc tətbiqi" açıqlamasına İrandan cavab: "Yuxulu Bayden..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Onlar İrana qarşı "güc tətbiq etmək” sözünü işlətməyə görə əvəz ödəyəcəklər”.
Qaynarinfo ILNA agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü, briqada generalı Əbülfəzl Şikarçı Co Baydenin İran İslam Respublikasına qarşı "güc tətbiq etmək” variantından istifadə fikirlərinə cavab olaraq deyib.
"Uğursuz Amerika prezidenti və saxta İsrail rejiminin aciz baş nazirinin gücə əl atmaqla bağlı ifadələri... Biz bunu onların əvvəlki psixoloji müharibəsi, aldanması və Baydenin həmişəki yuxululuğu ilə əlaqələndiririk”, - Şikarçı bildirib.
"Biz onlara xəbərdarlıq edirik ki, keçmiş hadisələri bir də nəzərdən keçirsinlər; Amerikanın Tehrandakı səfirliyinin ələ keçirilməsi, Amerika əsgərlərinin Təbəs səhrasında dəfn edilməsi, Amerika işğalçılarının Əfqanıstandan böyük qaçışı, Ayn əl-Əsəddəki Amerika bazasının dağıdılması, Fars körfəzində ən qabaqcıl Amerika casus təyyarəsinin ovlanması və bütün bunlara görə amerikalılar əvvəlkindən daha çox ağıllı olmalıdırlar”, - o, əlavə edib. 
Aydın