Xəbər lenti

Baydenin koronavirus testinin nəticələri məlum oldu
Dünya04:58 05.10.2020

Baydenin koronavirus testinin nəticələri məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da demokratları təmsil edən prezidentliyə namizəd Cozef Baydenin koronavirus testi mənfi nəticə verib.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, bu barədə onun qərargahı xəbər yayıb.
"Bayden bu gün COVID-19 testindən keçdi, virus aşkarlanmayıb", - məlumatda deyilir.
Bu, Baydenin son günlərdə ən az ikinci keçdiyi testdir. Daha əvvəl demokratlardan olan namizəd siyasi debatlar zamanı prezident Donald Trampla eyni səhnədə olub, lakin təhlükəsizlik məsafəsi saxlanılıb. Xatırladaq ki keçən həftə ABŞ prezidentində COVID-19 virusu aşkar edilib və o xəstəxanaya yerləşdirilib.