Ağ Evin mətbuat katibi Karin Jean-Pyer və onun müavini Endryu Beyts prezident və vitse-prezident istisna olmaqla, hökumət rəsmilərinə seçkilərdə namizədləri müdafiə edən hər hansı bir söz deməyi qadağan edən qanunu pozublar.
Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" telekanalı ABŞ-ın müstəqil federal agentliyi olan Xüsusi Müşavir Ofisinin (OSC) məktubuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev nümayəndələri Ağ Evdə keçirilən brifinqlərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsas seçki şüarı olan MAGA (Amerikanı yenidən möhtəşəm et) ifadəsini dəfələrlə istifadə ediblər. Burdan aydın olur ki, onlar bu namizədi dəstəkləmirlər.
"NBC News" qeyd edir ki, Jean-Pyerə əvvəllər bir neçə dəfə bu qanunu pozması ilə bağlı xəbərdarlıq edilib.
Tramp administrasiyasının keçmiş rəsmisi Maykl Çemberlenin fikrincə, OSC-nin qanuna əməl etməməsi qanunun yüksək dövlət vəzifələrində çalışanlara şamil edilmədiyini nümayiş etdirir.
"NBC News" bu dəfə Jan-Pyerə qarşı hər hansı cəzanın tətbiq edilib-edilməyəcəyini dəqiqləşdirməyib.
Aydın
Şərhlər