Xəbər lenti

Baydenin oğlu vergi cinayətlərində günahkar olduğunu etiraf edib
Dünya14:01 26.07.2023

Baydenin oğlu vergi cinayətlərində günahkar olduğunu etiraf edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 26-da ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden gəlir vergisini qəsdən ödəməməklə bağlı iki kiçik ittiham üzrə təqsirli bilinəcək.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Bu, silah ittihamından yayınmaq üçün sövdələşmənin bir hissəsidir.
Prokurorlar iddia edirlər ki, kiçik Bayden 2017 və 2018-ci illərdə 1,5 milyon dollardan çox gəlirə görə vergi ödəməyib, onun 100 min dollardan çox vergi borcu qalıb. 
Kiçik Bayden həmçinin qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunur, onun vəziyyətində bu, ağır cinayətdir.
Hanter Bayden həbsə düşəməmək üçün vergi cinayətlərinə görə özünü təqsirli bilərək, məhkəməyəqədər razılaşma imzalayıb. 
Respublikaçılar uzun illərdir ki, Hanter Baydeni Ukrayna və Çində sövdələşmələr aparmaqda atasının siyasi gücündən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edirlər. Bununla belə, Delaver ştatının prokuroru, Trampın tərəfdarı Devid Vays tərəfindən aparılan araşdırma bu iddiaları dəstəkləyəcək heç bir dəlil tapmayıb.
Nizami Bağırov