Xəbər lenti

Baydenin prezidentlik yarışından çıxmasını istəyənlər kampaniyalarını dayandırırlar - Herbst
Dünya 18:40 17.07.2024

Baydenin prezidentlik yarışından çıxmasını istəyənlər kampaniyalarını dayandırırlar - Herbst

Co Baydenin prezidentlik yarışından çıxmasını istəyən demokratlar, rəqibi Donald Trampa sui-qəsd cəhdindən sonra kampaniyalarını dayandırırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın 2003-2006-cı illərdə Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Atlantik Şurasının Avrasiya Mərkəzinin direktoru Con Herbst "Radio NV"yə verdiyi müsahibəsində deyib.

"Cəmi üç gün əvvəl çoxları yeni demokrat namizədin olacağını gözləyirdi. Amma Trampa sui-qəsddən sonra artıq siyasi dil dəyişib, əsas mövzular tamamilə dəyişib. Və bu gün çoxları Baydenin qaldığını yazır. Söhbət təkcə onun namizəd olaraq qalıb-qalmamasından getmir... Amma onu vəzifədən uzaqlaşdırmaq istəyənlər artıq Baydenə qarşı kampaniyalarını dayandırmağa başlayıblar", deyə Herbst bildirib. 

Bunun nə ilə əlaqəli olduğu barədə sualı cavablandıran amerikalı diplomat bunları deyib:

"İndi hamı deyir ki, yalnız özünüzə deyil, hər kəsə çox nəzakətlə yanaşmalısınız. Buna görə də, hər kəs Trampa qarşı yumşalma gözləyirsə, onun da Baydenə yanaşmasını yumşaltması lazımdır”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->