Xəbər lenti

Baydenin "sağ əli"nin reytinqi -17-yə düşdü - Tarixdə ilk dəfə
Dünya08:32 27.06.2023

Baydenin "sağ əli"nin reytinqi -17-yə düşdü - Tarixdə ilk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalıların əksəriyyəti ABŞ-ın vitse-prezidenti Kamala Harrisə mənfi münasibət bəsləyir.
Qaynarinfo bu barədə "NBC News"a istinadən xəbər verir.
"NBC News"un son sorğusuna əsasən, bu fikri respondentlərin demək olar ki, 50%-i bölüşür və yalnız 32%-i hazırkı dövlət başçısı Co Baydenin "sağ əlini” müsbət qiymətləndirir.
Bu, Harrisin xalis mənfi reytinqini -17-yə çatdırır. NBC News sorğuları tarixində bu, ABŞ vitse-prezidenti üçün ən aşağı göstəricidir.
Məsələn, Baydenin özü Ağ Evin 44-cü rəhbəri Barak Obamanın yanında vitse-prezident kimi +1 reytinqinə malik idi. Eyni zamanda ABŞ-ın keçmiş lideri Donald Trampın "sağ əli” Mayk Pensin bəyənmə reytinqi -4 olub.
"Ağ Ev rəsmiləri Harrisin ictimai imicini bərpa etmək və 2024-cü il prezident seçkiləri ərəfəsində onun məyusedici sorğu nəticələrini gücləndirmək üçün çalışırlar", deyə bildirilir.
Aydın