Xəbər lenti

Baydenin seçki köməkçiləri Teylor Sviftdən dəstək gözləyir
Dünya 23:38 30.01.2024

Baydenin seçki köməkçiləri Teylor Sviftdən dəstək gözləyir

ABŞ prezidenti Co Baydenin köməkçiləri qarşıdan gələn prezident seçkilərində müğənni Teylor Sviftdən dəstək gözləyirlər. Çünki onun maliyyə vəsaiti toplaması Baydenin seçki kampaniyasında yenidən böyük fərq yarada bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" yazıb.

"Xanım Sviftin vəsait toplamaq üçün müraciətləri cənab Baydenə milyonlarla dollara gətirə bilər", deyə nəşr qeyd edib.

"Fox News" qeyd edir ki, müğənni artıq 2020-ci ildə Baydeni dəstəkləyib, lakin 2024-cü il seçki yarışı haqqında rəsmi olaraq danışmayıb. Eyni zamanda qeyd edilir ki, Sviftin keçmiş prezident Trampı sərt tənqid etməsini nəzərə alsaq, kimi dəstəkləyəcəyi tamamilə aydındır.

Bundan əvvəl Pentaqonun sözçüsü Sabrina Sinq müğənni Teylor Swift-in ABŞ Müdafiə Nazirliyində işləməsi ilə bağlı xəbəri təkzib etmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->