Xəbər lenti

Baydenin seçki qərargahı Trampa sui-qəsd cəhdindən sonra strategiyasını dəyişir
Dünya 14:36 15.07.2024

Baydenin seçki qərargahı Trampa sui-qəsd cəhdindən sonra strategiyasını dəyişir

ABŞ prezidenti Co Baydenin seçki qərargahı ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddən sonra tələsik strategiyasını dəyişib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Agentlik qeyd edib ki, Bayden Trampa qarşı şifahi hücumları dayandırıb və bunun əvəzinə birlik mesajına diqqət yetirib.

Şənbə günü atışmadan bir neçə saat sonra Baydenin qərargahı televiziya reklamlarını geri çəkib və digər siyasi kommunikasiyaları dayandırıb. O cümlədən 2016-cı il ABŞ seçkilərindən əvvəl cinsi qalmaqalın qarşısını almaq üçün Trampın porno ulduza pul ödəməsi ilə bağlı may ayında verilən hökmü işıqlandıranlar.

"Bir millət olaraq birləşməliyik", - Bayden bazar günü Ağ Evdə çıxışı zamanı deyib. 

Yeni müraciətində o, sui-qəsd cəhdindən sonra şənbə günü etdiyi kimi siyasi zorakılığı pisləyib və həmçinin  amerikalılardan "FTB-nin öz işlərini görməsinə icazə vermələrini" istəyib. 

Reuters yazır ki, indi Ağ Ev və Baydenin seçki kampaniyası yaxın günlərdə Trampa şifahi hücumlara deyil, Prezidentin İsrail və Qəzza arasındakı münaqişə ilə əlaqədar şəhərciklərdəki etirazların səbəb olduğu "iğtişaşları" kəskin tənqid etməsi də daxil olmaqla, müxtəlif siyasi zorakılıqların qınanma tarixinə əsaslanacaq. Bu barədə ABŞ prezidentinin qərargahının nümayəndələri anonimlik şərti ilə agentliyə məlumat veriblər.

Xatırladaq ki, dünən, iyulun 13-də ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsd cəhdi olub. Ona Pensilvaniyada mitinqdə çıxış edərkən atəş açılıb. Hücum nəticəsində siyasətçi sağ qulağından güllə yarası alıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->