Xəbər lenti

Baydenin siyasəti Ukraynanın əks-hücumunu dayandırır - Bolton
Dünya08:13 14.08.2023

Baydenin siyasəti Ukraynanın əks-hücumunu dayandırır - Bolton

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi olnuş Con Bolton bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukrayna siyasəti əks-hücumunu dayandırır. Onun sözlərinə görə, Kiyevin uğursuzluqlarının səbəbi "Qərbin hərbi yardımının ləng, qətiyyətsiz və stratejisiz tədarükü”dür. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Wall Street Journal"da yazdığı məqalədə bildirib. 
Bolton yazır ki, gərginlik qorxusu, eləcə də Moskvanın siyasəti Qərb liderlərini "iflicedici ehtiyatlılıq” göstərməyə vadar edib və NATO-nun  "Ukraynanın tam suverenliyi və ərazi bütövlüyünün bərpası ilə bağlı öhdəliklərə riayət etmək istəmədiyini" nümayiş etdirir”. NATO "bütün vəziyyətin bərpası ilə bağlı öhdəliklərə əməl etmək istəmədiyini” nümayiş etdirir. O, hesab edir ki, bu, həm də "Kreml tərəfindən müvəffəqiyyətlə qarşısının alınması siyasəti” ilə bağlıdır.
Con Bolton əmindir ki, Ukraynada əhəmiyyətli irəliləyişin olmaması "ABŞ-ın yalnız Rusiyanın qələbəsini gecikdirməyə yönəlmiş strategiyasının nəticəsidir”. "Ukrayna hücumunun dayanması faktını Baydenin qətiyyətsizliyi ilə izah etmək lazımdır" deyən keçmiş rəsmi Vaşinqtonu Kiyevə silah tədarük etmək strategiyasına yenidən baxmağa çağırıb.
Nizami Bağırov