Xəbər lenti

Baydenin Ukraynaya daha çox yardım üçün yeni planı - Konqres və rus oliqarxlar
Dünya13:33 28.04.2022

Baydenin Ukraynaya daha çox yardım üçün yeni planı - Konqres və rus oliqarxlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika prezidenti Co Bayden Konqresdən Ukraynaya hərbi yardım üçün yeni vəsait istəyəcək.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, Bayden həmçinin Konqresdən rusiyalı oliqarxların pullarını ələ keçirib Ukraynaya xərcləmək üçün qanuni imkanlar axtarışındadır.
Ağ Ev sözcüsü Bayden administrasiyası rəsmilərinin Ukraynanın hərbi əməliyyatlarını maliyələşdirmək, həmçinin humanitar və iqtisadi yardım üçün ehtiyac duyduqları tam məbləğ üçün çalışacaqlarını bildirib.
O, həmçinin Konqresdən administrasiyası üçün rus oliqarxların daha çox aktivlərini ələ keçirməyə imkan verən qanuni status almaq istəyir ki, əldə edilən pulları Ukraynaya xərcləsin.
Bayden Ədliyyə departamentinə bir vaxtlar mafiaya qarşı istifadə edilən reketçilik qanunundan istifadə etmək üçün imkan verilməsini istəyir.
Bayden həmçinin Rusiyadan korrupsiya əməliyyatları ilə götürülmüş pulların saxlanılmasını cinayət əməli edəcək.
Bütün bunlar Amerikanın Rusiyanı təcrid etmək və cəzalandırmaq səylərinin tərkib hissəsidir.
Qeyd edək ki, ABŞ və onun avropalı müttəfiqləri indiyə qədər Vladimir Putinə yaxın olan rusiyalı oliqarxlara məxsus 30 milyard dollarlıq aktivləri dondurub.
Nurlan Hüseynov