Xəbər lenti

Baydeninin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib
Dünya10:30 24.09.2023

Baydeninin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın hazırkı prezidenti Co Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb. 
Qaynarinfo xəbər verir ki, bunu "ABC News" və "The Washington Post"un keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Bu, 1986-cı ildən bu yana media tərəfindən aparılan sorğularda ən yüksək nəticədir.
Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, iştirakçıların yarıdan çoxu - 56% əks fikirdədir.
Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. Prezidentin meksikalı miqrantlarla problemin həllinə yönəlmiş hərəkətlərini respondentlərin cəmi 23%-i bəyənib.
Bundan başqa, vətəndaşların 74%-i hazırkı dövlət başçısının qarşıdan gələn seçkilərdə iştirakını istəmir. Onların fikrincə, Bayden ikinci prezidentlik müddətinə namizəd olmaq üçün çox qocalıb. May araşdırmasının nəticələri ilə müqayisədə müvafiq göstərici 6% artıb.
Aydın