Xəbər lenti

“Bayrağı ilk yüksəldən idmançı olduğum üçün çox xoşbəxtəm”
İdman17:58 08.07.2013

“Bayrağı ilk yüksəldən idmançı olduğum üçün çox xoşbəxtəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan idmançıları Kazanda, XXVII Ümumdünya Universiadasında ilk medalı bu gün cüdo yarışlarında qazandılar.

81 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev  5 idmançıya - Maykl Harrison (ABŞ), Tomaz Kosta (Portuqaliya), Senqsu Lii (Koreya), Yaromir Yezekə (Çex Respublikası) qalib gələrək, yarımfinalda yapon cüdoçusu Takanori Nagaseyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada Çin idmançısı Hayuan Qauya qalib gəlib.

Qeyd edək ki, Məmmədəli 1993-cü ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 8 ildir ki, idmanla məşğuldur.