Xəbər lenti

"Bayraktar" Sumsk rayonunda düşmənin 100-dən çox texnikasını məhv etdi (VİDEO)
Dünya18:15 28.02.2022

"Bayraktar" Sumsk rayonunda düşmənin 100-dən çox texnikasını məhv etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Sumısk rayonunda düşmənin 100-ə yaxın texnikası bir anda məhv edilib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Sumısk Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski öz Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, bu, Lebedinski rayonunda baş verib.
"100-ə yaxın tank, "Qrad" və yanacaq daşıyan maşınlar. Orkların texnikasını (Orklar - Qərbi Avropa xalqlarının nağıllarında fantastik şər obraz. Bizim "div"lərə uyğun gəlir. -red) dayanacaqda çökürtdük! Sumısk vilayəti, Lebedinski rayonu. İşdə iştirak edən hər kəsə eşq olsun!" - yazaraq, Jivitski hadisə yerinə aid videonu əlavə edib.
Türkiyənin "Bayraktar” şirkətinə məxsus Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın çəkdiyi videoda düşmən maşınlarının dayanacağına vurulan zərbə əks olunub.

.

<iframe width="720" height="576" src="//1plus1.video/video/embed/L28nmvF2" frameborder="0" allowfullscreen="" allow="autoplay; fullscreen">