Xəbər lenti

“Bayraktar”ın Ukraynada məhv etdiyi Rusiya texnikasının sayı açıqlandı
Dünya10:57 28.02.2022

“Bayraktar”ın Ukraynada məhv etdiyi Rusiya texnikasının sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əldəki görüntülü dəlillər münaqişə bölgəsində Ukraynanın "Bayraktar” TB-2 PUA-sının vasitəsilə Rusiya ordusuna aid azı 21 texnika və təchizatını zərərsizləşdirdiyini göstərir”.
"Report” xəbər verir ki, bu barədə "Clash Report” resursu məlumat yayıb.
Məlumata görə, indiyədək azı 2 ədəd "Buk-M1-2” raket sistemi, 1 ədəd "Tor-M2” hava hücumundan müdafiə sistemi, 4 ədəd 152mm-lik "Msta-B” haubitsası, 14 yük avtomobili "Bayraktar” tərəfindən məhv edilib.
Qeyd edək ki, "Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya və Liviya ərazisində "Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv kadrlarını yaymaqla məşhurlaşıb.