Xəbər lenti

Bayram bitdi, dollar bahalaşdı
Ekonomiks05:00 21.07.2015

Bayram bitdi, dollar bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1477-dən 1.1365-ə kimi düşüb. 
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə cüzi bahalaşama qeydə alınıb. 1 ABŞ dolları bayramdan öncə 1,0495 manat idi. Lakin bu gün dolların məzənnəsi 1,0499 manata kimi yüksəlib. 
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0186-dən 0,0185-ə kimi ucuzlaşıb. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info