Xəbər lenti

Bayram günlərində daha çox nədən zəhərləndilər?
Sağlamlıq16:30 28.03.2018

Bayram günlərində daha çox nədən zəhərləndilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Novruz bayramı günlərində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən əsas müraciətlər dəm qazından zəhərlənmə ilə bağlı olub.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
A.Maqsudovun sözlərinə görə, Novruz bayramı günlərində 12 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların 7-si xəstəxanaya yerləşdirilib.
Qeyd edilən müddətdə 4 nəfər dərman zəhərlənməsi diaqnozu, 6 nəfər allergik reaksiya, 2 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə, 6 nəfər sərxoşluğa görə xəstəxanaya müraciət edib.