Kəşmirdə bayram namazından sonra müsəlmanlar polislə toqquşub.
Hindistanın nəzarətində olan Kəşmir bölgəsində yerli polis qüvvələri ilə Ramazan bayramını qeyd edən kütlə arasında iğtişaş baş verib. Verilən məlumatlara görə, çox sayda polis və hərbçi bayram namazından sonra küçəyə çıxan insanlara dağılmağı əmr edib.
Aksiya keçirənlərin Hindistana qarşı çıxan əhali olduğu bildirilir. Verilən əmrdən sonra tərəflər arasında toqquşma başlayıb. Etirazçılar polisə daş və dəmir parçaları atıb.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub. Rəsmi qurumların məlumatına görə, aksiya nəticəsində 19 nəfəri polis və hərbçi olmaqla, onlarla insan xəsarət alıb.
Qaynar.info