Xəbər lenti

Bayramov Lavrovla tarixi bəyanatları müzakirə etdi
Siyasət12:26 29.01.2021

Bayramov Lavrovla tarixi bəyanatları müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən Qaynarinfo-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.