Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın daha bir desant gəmisini vurub.
Qaynarinfo xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, "Serna" tipli gəmi İlan adası sahillərində "Bayraqdar TB2" pilotsuz uçuş aparatı vasitəsilə vurulub.
Gəminin içərisindəki 45 tonluq hərbi texnika və canlı qüvvəni boşaltmaq üçün adaya yan aldığı deyilir.