Amerikalı əczaçılıq şirkəti "Valisure” maye sabunları test etdikdən sonra tərkibində benzol tapıb.
Qaynarinfo xəbər verir ki, "Bloomberg” bu maddənin xərçəngə səbəb olduğunu qeyd edib.
Məlumata görə, benzol pandemiyanın ən qaynar vaxtı əsas təmizləyicilər bazardan yoxa çıxdıqdan sonra rəflərdə peyda olan yeni vasitələrdə tapılıb.
Bildirilir ki, "Valisure” 168 markaya aid 260 şüşəni sınaqdan keçirib və onların 17%-də benzol olduğunu müəyyən edib. 21 paketdə (8%) 2 ppm-dən çox benzol olub. Bu, Qida və Dərman İdarəsinin (FDA) maye əl təmizləyiciləri üçün təyin etdiyi müvəqqəti həddir. FDA-ya görə, belə benzol tərkibli məhsullar yalnız qısa müddət ərzində istifadə edilə bilər.
Şirkət aşağıdakı markaların dezinfeksiyaedicilərində ən yüksək səviyyədə benzol aşkar edib: artnaturals, Scentsational Soaps & Candles Inc., Puretize, Hand Clean 100, huangjisoo, TrueWash, The Creme Shop, Body Prescriptions, Star Wars Mandalorian, Born Basic, PureLogic, Miami Carry On, beauty concepts, Natural Wunderz, clean-protect-sanitize. Onların əksəriyyəti Çin və ya ABŞ-da istehsal olunur. Artnaturals vasitəsində benzol milyonda 16 həcmində tapılıb.
Qeyd edək ki, ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə görə, benzol xərçəngə səbəb olur. ÜST benzolu asbestlə ey həddə ən yüksək riskli maddə kimi təsnif edib.
Alpər