BBC Araşdırma Mərkəzi müəyyən edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra hər səkkiz Rusiya yəhudisindən biri İsrailə mühacirət edib. Minlərlə yəhudi isə Amerika və İngiltərə kimi ölkələrə gedib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Rusiya yəhudi icmasının 20 mindən çox üzvünün ölkəni tərk etməsinin səbəbləri arasında söz azadlığının məhdudlaşdırılması və antisemitizm qorxusu ilə bağlı narahatlıqlar
göstərilir.
BBC bildirir ki, Rusiyanı tərk edənlər arasında Moskvanın baş ravvini Pinças Qoldşmidt də var.
İndi Kreml yəhudi ailələrinin İsrailə köçməsinə kömək edən Yəhudi Agentliyinin Moskva bölməsini bağlamağa çalışır.
Qeyd edilir ki, Rusiyada bu məsələ ilə bağlı məhkəmə prosesi cümə günü başlayacaq.
M.Arif