Xəbər lenti

BDU tələbəsinin ata-anası zəlzələdə həlak oldu (FOTO)
Ölkə09:39 18.02.2023

BDU tələbəsinin ata-anası zəlzələdə həlak oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə valideynlərini itirib. 
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, BDU-nun tələbəsi, Türkiyə vətəndaşı olan Xədicə İlikin ata-anası Adıyaman bölgəsində dağıntılar altında qalaraq həlak olub. 
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. 
Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.