Xəbər lenti

Bədən temperaturunun aşağı düşməsi COVİD-19-a yoluxma deməkdirmi?
Sağlamlıq14:37 06.08.2020

Bədən temperaturunun aşağı düşməsi COVİD-19-a yoluxma deməkdirmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus infeksiyasının başlanğıcında bir xəstənin aşağı temperaturu paralel gedən başqa xəstəliklərlə əlaqələndirilə bilər. 
Qaynarinfo xəbər verir ki, bunu "Rospotrebnadzor”un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Büdcə Elmi Müəssisəsinin klinik tədqiqat şöbəsinin müdiri Tatyana Rujentsova deyib.
"Bəzi hallarda bu, endokrin pozğunluqları, ilk növbədə tiroid disfunksiyasından xəbər verə bilər. Bəzi hallarda bu, immun reaksiya çatışmazlığı ilə də əlaqədar olur", - ekspert izah edib.
Rujentsovaya görə, bir insanın 35,5 temperaturu varsa, o zaman həkimə müraciət etməlidir. Eyni zamanda, çaxnaşma üçün heç bir səbəb olmadığına görə dərhal koronavirus infeksiyasına yoluxduğunuzdan da şübhələnməməlisiniz.
Alpər