Çində telefon qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb.
Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Honq Konqdan Çinin Şenzen şəhərinə getmək istəyən gənc qaçaqmalçını saxlayan polis sürprizlə qarşılaşıb.
Belə ki, çinlinin üzərində 66 ədəd “iPhone” model telefon olduğu aşkarlanıb. Polisin bildirdiyinə görə, o, telefonları yapışqan lentlə bədəninə yapışdırıb. Qaçaqmalçını gömrükdən keçərkən şübhəli hərəkətləri ələ verib.
Qaynar.info