
Britaniya polisi bədəninə məscid şəkli döydürən bir nəfəri saxlayıb. Döymədəki məscid şəklinin üzərində "Bum" ("Boom") sözü yazılıbmış.
Ann.az-ın xəbərinə görə, adı açıqlanmayan 39 yaşlı şəxs nifrət yaymaqda təqsirləndirilib. Döyməli şəxs İngilis Müdafiə Liqasının (English Defence League) 20 iyulda Birmingemdə təşkil etdiyi etiraz aksiyasında həbs edilib. Mitinqdə iştirak edən zaman o, bədənindəki döyməsini çəkdirib. Hazırda nifrət yamaqda təqsirkar bilinən şübhəli zamin qoyaraq azadlığa buraxılıb.
Aksiyada isə cəmi 2 min adam iştirak edib. Polis 20 nəfəri saxlayıb.
İngilis Müdafiə Liqası Britaniyanın İslamizasiyasına qarşı çıxan qeyri-rəsmi qurumdur. Hərəkatın üzvləri adada məscidlərin tikilməsinə qarşı çıxırlar.
Qurumun 3 minə yaxın üzvünün olduğu güman edilir.
Qaynar.info