Xəbər lenti

BƏƏ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Dünya21:50 29.12.2024

BƏƏ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BƏƏ-nin Ras əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
"Report” xəbər verir ki, bu barədə WAM agentliyi Əmirliyin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, "Əl-Cəzirə” aviasiya və idman klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında, Rəs əl-Xəymə əmirliyi sahillərində qəzaya uğrayıb.
Hadisə nəticəsində pilot və sərnişinin öldüyü qeyd edilir.
Səlahiyyətlilər təyyarənin qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir.