Xəbər lenti

BƏƏ-dən İran vətəndaşlarına giriş və tranzit qadağası
Dünya 12:12 01.04.2026

BƏƏ-dən İran vətəndaşlarına giriş və tranzit qadağası

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran pasportu daşıyan şəxslərin ölkəyə girişinə və ya ərazisindən tranzit keçidinə icazə verilməyəcəyini açıqlayıb.

Dərhal qüvvəyə minən qərarın, qüvvədə olan BƏƏ yaşayış vizasına malik şəxslər də daxil olmaqla, bütün İran vətəndaşlarını əhatə etdiyi bildirilib.
 
Qərara əsasən, həmin şəxslərin Dubay Beynəlxalq Hava Limanına daxil olmasına və bu hava limanı üzərindən tranzit keçməsinə icazə verilməyəcək.

Bununla yanaşı, hazırda BƏƏ xaricində olan İran vətəndaşlarının da ölkəyə girişinin qadağan edildiyi qeyd olunub.
 
Günay
--> -->