Xəbər lenti

BƏƏ rəqəmsal milli valyutasını dövriyyəyə buraxmağa hazırlaşır
Dünya06:28 14.02.2023

BƏƏ rəqəmsal milli valyutasını dövriyyəyə buraxmağa hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı rəqəmsal valyuta buraxacaq. 
Qaynarinfo xəbər verir ki, tənzimləyicinin izah etdiyinə görə, bu, Maliyyə İnfrastrukturunun Transformasiyası Proqramı çərçivəsində həyata keçiriləcək.
Bu proqrama bir neçə əsas təşəbbüsün həyata keçirilməsi daxildir.
Birinci mərhələdə BƏƏ daxili kart sistemi yaratmağı, ani ödəniş platforması açmağı və transsərhəd və ölkədaxili istifadə üçün rəqəmsal valyuta buraxmağı planlaşdırır. Milli Bank hesab edir ki, bu, maliyyə inklüzivliyini genişləndirəcək, ödənişlərin təhlükəsizliyini və səmərəliliyini artıracaq, həmçinin ölkəni "nağdsız cəmiyyət” olmaq hədəfinə yaxınlaşdıracaq.
İkinci mərhələ rəqəmsal infrastrukturun, o cümlədən maliyyə bulud xidməti, eKYC sistemi və digər platformaların inkişafı və tətbiqini nəzərdə tutur.
Alpər