Xəbər lenti

Bekar oturmaqdan sıxılan işçi şirkətini məhkəməyə verdi: rekord təzminat aldı
Dünya12:35 09.06.2020

Bekar oturmaqdan sıxılan işçi şirkətini məhkəməyə verdi: rekord təzminat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada ətir şirkətlərindən birində çalışan Frederik Desnard adlı şəxs rəhbərliyin ona çox az iş tapşırması səbəbindən çalışdığı müəssisəni məhkəməyə verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə az işə görə sıxılan və depressiyaya düşən 48 yaşlı işçinin şikayətini təmin edib və şirkət 95 min manat məbləğində cərimə edilib.
"İşə 9 yaxud 10-da getsəm belə heç kimin vecinə deyildi. Bir neçə parça kağız aldıqdan sonra gün boyunca heç bir iş görmürdüm", - deyə Desnard bildirib.
Bu hadisəni gündəlik təhqirolunma kimi dəyərləndirən Desnard psixoloji pozuntu səbəbindən 7 ay işə gedə bilməyib və daha sonra qovulub. 
"Desnard heç bir şey etməməkdən bezmişdi. Bu vəziyyət onu depressiyaya salmış və davamlı intihar etməkdən bəhs edirdi", - deyə məhkəmədə iş yoldaşlarından biri ifadə verib.
Desnardın şikayətini haqlı görən məhkəmə şirkəti işçisinə psixoloji təzyiq göstərməkdə günahkar bilib.
Times qəzetinin xəbərinə görə, Fransada işçilərin 30 faizi iş yerində sıxılır. Maaşlarını alan, lakin çox az iş verilən işçilərin bu şəkildə istefa verməyə məcbur edildiyi bildirilir.
Camal