
ABŞ-da müdhiş cinayət hadisəsi baş verib.
Qaynar.info xəbər verir ki, avstraliyalı gənc beysbolçu Kristofer Leyn səhər qaçışına çıxan zaman 3 amerikalı gənc tərəfindən öldürülüb.
Polisin verdiyi məlumata görə, qatillər verdikləri ifadələrində görəcək işləri olmadıqları üçün Leyni öldürdüklərini deyiblər.
Gənclər kimisə öldürməyə qərar verdiklərini, Kristoferi təsadüfən seçdiklərini söyləyiblər.
Kristofer vurulduqdan az müddət sonra ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
15 yaşlı Ceyms Edvards, 16 yaşlı Şansi Luna və 17 yaşlı Maykl Cons adam öldürmə maddəsi ilə ittiham olunacaqlar.
Qaynar.info