Belarus Daxili İşlər Nazirliyi 24 avqust bazar günü ölkənin bəzi şəhərlərində baş verən etirazlarda iştirak dənlərin sayını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, DİN-ə görə, Minskdə aksiyada 20 minə yaxın, Brest və Qrodno şəhərlərində isə təxminən 3 min nəfər iştirak edib.
Daxili İşlər Nazirliyi icazəsiz aksiyalara görə vətəndaşların cəzalandırlacağını xatırladıb və vətəndaşları təxribatlara uymamağa çağırıb.
Bu arada KİV-lər Belarusun paytaxtında keçirilən aksiyada 150 mindən 250 minə qədər insanın iştirak etdiyini bildirib.
Alpər