Xəbər lenti

Belarus mühasirəyə alındı: Baş Qərargah rəhbəri məlumat verdi
Dünya06:37 31.08.2020

Belarus mühasirəyə alındı: Baş Qərargah rəhbəri məlumat verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Ruslan Kosıgin Qərbin Minskə qarşı kəşfiyyat məlumatlarını artırdığını və sərhədlərə xarici kontingent yerləşdirdiyini bildirib. 
Qaynarinfo xəbər verir ki, bu sözləri hərbi idarənin nümayəndəsi bunu ONT telekanalına deyib. Onun sözlərinə görə, Belarus sərhədləri yaxınlığında 10 mindən çox əsgər, 40 döyüş təyyarəsi və 500 ədəd ağır hərbi texnika var.
Bundan əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov Belarus vətəndaşlarını təxribatlara uymamağa və mövcud hökuməti devirməyə tələsməməyə çağırıb.
Kadırovun sözlərinə görə, Belarusun postsovet məkanında bir sıra digər az uğurlu ölkələrdən fərqli olaraq davamlı inkişaf edən bir dövlət olmağı bacardığı ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenkonun səriştəsi sayəsində olub.
Alpər