Xəbər lenti

Belarus müxalifətinin daha bir lideri ilə əlaqə kəsildi
Dünya07:25 09.09.2020

Belarus müxalifətinin daha bir lideri ilə əlaqə kəsildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus müxalifətinin koordinasiya qərargahı üzvlərindən biri Maksim Znakın telefon nömrəsinə zəng çatmır. 
Qaynarinfo Tut.by-yə istinadla xəbər verir ki, o özü Viktor Babarikonun qərargahına gəldiyini və maskalı insanların oraya daxil olduğunu bildirməyə macal tapıb.
"8.30-da Maksimin bir müsahibəsi olmalıydı, ona özüm zəng etdim, "deyəsən "qonaqlarımız” var" dedi, əlaqə kəsildi və "maskalılar" sözünü yazdı", - Babarikonun qərargahının mətbuat katibi Qleb Qlebov deyib.
Bundan əvvəl mediada müxalifət qərargahının üzvü Maria Kolesnikovanın "qaçırılması" və Ukraynaya zorla qovulmaq cəhdləri barədə məlumatlar yayılıb. Belarusdakı rəsmi mənbələr Kolesnikovanın "sərhədi qanunsuz keçməyə çalışdığını" və Belarusun Qomel bölgəsindəki sərhəd gözətçi bölməsində olduğunu qeyd edib. Eyni zamanda, Ukraynaya qovulmuş Belarus müxalifətinin Koordinasiya Şurasının üzvləri Anton Rodnenkov və İvan Kravtsov da Kolesnikovanın dövlət sərhədini keçməyə məcbur edildiyini, ancaq onun öz pasportunu cırdığını bildiriblər.
Xatırladaq ki, avqustun 9-dan Belarusda prezident seçkilərinin nəticələrinə və hüquq-mühafizə orqanları və təhlükəsizlik qurumları tərəfindən edilən zorakılığa qarşı kütləvi etirazlar davam edir. Etirazlar bütün ölkəyə yayılıb. Lukaşenko saxtakarlıqda günahlandırılır və təkrar seçki keçirilməsi tələb edilir. Ölkədə hakimiyyətin ötürülməsi üçün müxalifətin qərargahı yaradılıb. Lukaşenko ölkəni əldən "vermək" fikrində olmadığını bəyan edib.
Alpər